13 dekabr 2013 00:05

Fyodr Yemelyanenko: Gələn il Avropa çempionatı Bakıda keçirilə bilər

Qarışıq döyüş növləri üzrə dördqat dünya çempionu, MMA-nın əfsanəsi Fyodr Yemelyanenko azerisport.az saytına eksklüziv müsahibəsində Bakıya səfərindən, şənbə günü keçiriləcək Dünya Kubokunun final görüşlərindən danışıb.

- Bakıya səfəriniz yəqin ki, Dünya Kubokuyla bağlıdır...
- Azərbaycan MMA Liqasının dəvəti ilə bir neçə gün Bakıda olacağam. Son illər paytaxtınız haqda çoxlu xoş sözlər eşitmişəm. Azərbaycanda idmana yüksək səviyyədə qayğı göstərilir. Bu mənada, qarışıq döyüş növləri Dünya Kubokunun finalının məhz Bakıda keçirilməsi sevindirici haldır. İstərdim ki, digər idman növləri kimi MMA da Azərbaycanda sevilsin.

- Səfər zamanı rəsmi görüşlər gözlənilirmi?
- Bir neçə gün ərzində Dünya Kubokunun təşkilatçılığı ilə tanış olacağam. Şənbə günü final görüşlərini izləyəcəyəm. Sabah media üçün mətbuat konfransı olacaq. Rəsmi görüşlərimiz də var. Çünki, Bakı ilə bağlı planlarımız çoxdur. Azərbaycan MMA Liqası daim bizimlə əlaqədədir. Onların işini yüksək qiymətləndirirəm.

- Dünya Kubokundan sonra Bakıda keçiriləcək növbəti yarış hansı olacaq?
- Dünya Kubokunun təşkilatçılığı bizi razı salsa, 2014-cü ildə daha böyük yarışı paytaxtınıza həvalə edə bilərik. Səmimi söhbət zamanı Azərbaycan MMA Liqası Avropa Çempionatını keçirmək istədiyini bildirib. Biz Azərbaycanla əməkdaşlığa hazırıq və bu mənada qitə birinciliyinin şəhərinizdə keçirilməsi realdır. Rəsmi qərar, gələn il qəbul ediləcək. Üç-dörd namizəd şəhər var. Bakı onların arasında favoritlərdəndir.

- Fyodr Yemelyanenko karyerasını bitirəndən sonra darıxmır?
- Darıxmağa vaxt olmur. Rəsmi işlərlə məşğul oluram. Əlbəttə hərdən nostalji hissləri olur. İndi çalışıram biliklərimi gənc idmançılara çatdırım. Onların arasında kifayət qədər güclü döyüşçülər var.

- Sizə "axırıncı imperator" deyirlər, hansı idmançı Fyodr Yemelyanenkonun davamçısı ola bilər?
- Bir qədər düşünməliyəm. Amma qarışıq döyüş növlərində perspektivli idmançılar çoxdur. Rusiyada da güclü idmançılar var. Onlar böyük yarışlarda qələbə qazanmağa hazırdır. MMA-ın gələcəyi böyükdür. Bu idman növü dayanmadan inkişaf edir. Biz də çalışırıq ki, bütün ölkələrdə irəliləyiş olsun.

- Azərbaycanda MMA-ın vəziyyəti necədir?
- Son dünya çempionatında 1 qızıl və 1 gümüş medalınız oldu. Bu, yaxşı nəticədir. Çünki, cəmi bir neçə ildir sürətli inkişaf başlayıb. Azərbaycanda çoxlu sayda yaxşı idmançılar var. Fikrimcə, Dünya Kuboku MMA-ın inkişafına təkan olacaq. Mən ölkənizdə bu növün populyarlaşması üçün gəlmişəm. Əminəm ki, Dünya Kubokunda maraqlı görüşlər olacaq.

- Azərbaycan komandasının şansları necədir?
- Hələ ki, püşkdən xəbərim yoxdur. Ona görə dəqiq proqnoz vermək olmur. Azərbaycan yığması meydan sahibi kimi güclüdür. Üstəlik azarkeşlər sizi dəstəkləyəcək. Komandanız finala çıxsa sürpriz olmayacaq.

- Fyodr Yemelyanenkonun uğurunun sirri?
- İşləmək lazımdır. İdmançı gərək hər zaman zalda olsun. Çalışan insan hər zaman istəyinə nail olur.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.