13 dekabr 2013 15:33

Fyodr Yemelyanenko: MMA-ın inkişafına çalışdığı üçün Azərbaycana təşəkkür edirəm

Bu gün qarışıq döyüş növləri üzrə Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə çıxış edən Ümumdünya MMA Assosiasiyasının prezidenti Vadim Finkelşteyn yüksək təşkilatçılığa görə ölkəmizə təşəkkür edib:
 
"Azərbaycana təşəkkür edirəm. Azərbaycan MMA Liqasının rəhbərliyi, Rövşən Həsənov və Kənan Məmmədovun bu işdə əməyi böyükdür. Onların sayəsində sabah Bakıda Dünya Kuboku keçiriləcək. WMMAA-nın rəhbəri kimi Azərbaycana: çox sağ ol, deyirəm. Dünya Kubokundan sonra digər mötəbər yarışların da Azərbaycanda keçirilməsi müzakirə olunacaq. 2014-cü ildə Avropa Çempionatının, sonra isə “Challenge” yarışlarından birinin Bakıda təşkili gündəmdədir".

Qonaqpərvərliyə görə təşəkkür edən dördqat dünya çempionu Fyodor Yemelyanenko Bakının gözəl şəhər olduğunu dedi: "İlk dəfədir Bakıdayam. Şəhəriniz gözəldir. Düzdü yalnız dənizkənarını görmüşəm. Amma hər şeydən razıyam. Dünya Kubokunda anşlaq olacağına inanıram. Azərbaycan yığmasının şansları yüksəkdir. Sizin komandanız finala çıxsa bu mənim üçün sürpriz olmayacaq. Dünya Kubokunda rəqabət yüksəkdir. Ona görə hər bir komandanın şansları var".

Fyodr Yemelyanenko medianın yenidən idmana qayıtmasının mümkünlüyü barədə suala belə cavab verdi: "Mən artıq karyeramı başa vurmuşam. İndi gənclərin növbəsidir. İstənilən vaxt gənclərə biliklərimi öyrətməyə hazıram. Biz gələcək nəsil üçün çalışmalıyıq. Azərbaycan sevinməlidir ki, dünya çempionu var. MMA üzrə ilk dünya çempionatında Etiqad Atakişiyev qızıl medal qazandı. Zaur Hacıbabayev finalda uduzdu. Ona görə komandanızın güclü olduğunu deməliyəm".

Əfsanəvi idmançı qadınların idmanla məşğul olmasına qarşı çıxıb: "Mənim fikrimcə qadın incə olmalıdır. Ailəni qorumalıdır. Qadını isə kişi qoruyacaq. Allah kişini müdafiə üçün, mübarizə etməyə yaradıb. Qadın idmana məşğul olanda incəliyini itirir. Buna görə mən bunun əleyhinəyəm".

Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov göstərilən diqqətə görə təşəkkür edib: "Dövlətin idmana qayğısı nəticəsində Bakı böyük yarışları yüksək səviyyədə keçirə bilir. Bizə göstərdiyi diqqətə görə Gənclər və idman naziri Azad Rəhimova təşəkkür edirəm. Dünya Kubokunun keçirilməsində onun rolu böyükdür. Sabah bütün idman ictimaiyyəti üçün bayram olacaq. Biz bu günü çoxdan gözləyirdik. Fyodr Yemelyanenko və Vadim Finkelşteynə təşəkkür edirəm. Azərbaycan yığmasına qələbə arzulayırıq. Meydan sahibi kimi ən azı finala vəsiqə qazanmalıyıq".

Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov yığmanın şanslarını yüksək qiymətləndirdi: "Dünya çempionu Etiqad Atakişiyev zədə səbəbindən turnirdə iştirak etməyəcək. Bununla belə şanslarımız var. Bu gün saat 18-də çəki mərasimi, ardınca püşkatma olacaq. 8 komanda 2 qrupda yarışacaq. İlk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaq. Axşam saat 18-də 3-cü yer uğrunda və final görüşləri baş tutacaq. Azərbaycan MMA Liqası hamını millimizə dəstək olmağa çağırır".

Qeyd edək ki, Azərbaycan MMA Liqasının İdarə Heyəti ölkəmizdə qarışıq döyüş növlərinin inkişafında göstərdiyi xidmətlərinə görə Vadim Finkelşteyn və Fyodr Yemelyanenkonu fəxri diplomla təltif edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.