27 noyabr 2013 01:57

Qəbələ atıcılıq idmanı növü üzrə paytaxta çevrilir

2013 noyabr 23-24 noyabr tarixlərində Almaniyanın Münxen şəhərində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) növbəti seminarı keçirilib. Azerisport.az xəbər verir ki, ali qurum tərəfindən təşkil olunan toplantıda Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, "Qəbələ" Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və texniki meneceri Emin Cəfərov iştrak edib.
 
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının prezidenti Oleqario Vaskes Ranya və federasiyanın baş katibi Frans Şrayberlə görüşlər keçirib.
 
Mühüm yeniliklərlə yadda qalan seminarda, həmçinin, ISSF-in növbəti illər üçün təqvim-planı da müzakirə olunub və bir sıra mötəbər yarışın Qəbələdə keçirilməsi barədə qərarlar qəbul edilib. Qərarlara əsasən, 2014-cü ildə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Qran-Pri turniri və Dünya Kubokunun finalı, 2015-ci ildə isə 2016 Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışları Qəbələdə keçiriləcək. 2015-ci il Dünya Kuboku turnirində 1600-1800 idmançının 30 lisenziya uğrunda mübarizə aparması gözlənilir.
 
Bu turnirlər müxtəlif növlər üzrə yarışlara layiqincə ev sahibliyi etmiş ölkəmizin idman uğurlarına yeni səhifə açacaq. Belə ki, ilk dəfə atıcılıq idmanı üzrə mötəbər yarışlar ölkəmizə həvalə olunub. "Qəbələ" İK-nın Atıcılıq Klubunun bazasında keçiriləcək turnirlər bu olimpiya idman növü üzrə yeni-yeni idmançıların üzə çıxarılmasında böyük rol oynayacaq.
 
Qeyd edək ki, müstəqil Azərbaycanın olimpiya oyunlarında qazandığı 26 medaldan 3-ü məhz atıcılıq növünə aiddir. Zemfira Meftahəddinova (stend atıcılığı) 2000-ci il Sidney Olimpiya Oyunlarında qızıl medal qazandıqdan sonra 2004-cü il Afina Olimpiya Oyunlarında o və İradə Aşumova (güllə atıcılığı) fəxri kürsünün 3-cü pilləsinə qalxmışdılar.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.