10 noyabr 2013 00:10

Zabit Səmədov: Badri Xariyə sübut etmək istəyirdim ki, Manhufa qalib gələ bilərəm

Məşhur K-1 döyüşçüsü Zabit Səmədov azerisport.az saytına eksklüziv müsahibəsində Moskvada keçirilən "Legenda" turnirindəki çıxışından, Badri Xarinin onun haqda dediklərindən və gələcək yarışlarından danışıb.
 
- İlk olaraq səni qələbə münasibətiylə təbrik edirik. "Legenda" turniriylə bağlı fikirlərini bilmək maraqlıdı...
- Bu turnirdə təşkilatçılar tərəfindən dəvət olunan 4 güclü idmanşı iştirak etdi. İlk görüşdə holland idmançı Melvin Manhufla qarşılaşdım. Görüşü izləyənlər hər ikimizin çıxışını gördü. Bir qədər ehtiyatlı davranırdıq. Risk etmək istəmirdik. Başa düşürdüm ki, səhv etsəm, o bundan istifadə edə biləcək. Melvin kimi rəqiblər səhvi bağışlamır. Güclü zərbələri var idi. Çalışırdım ayaqla daha çox işləyim. Sevinirəm ki, görüşü qələbəylə başa vurdum. Mənə dəstək olan insanala təşəkkür edirəm. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eləcə də Arzu xanım Əliyeva və Səməd Qurbanova çox sağ ol deyirəm. Bu insanlar mənə dəstək olmaq üçün arenaya gəlmişdi.
 
- Görüş zamanı zədələndiyin hiss olunurdu...
- Bir epizodda başımız toqquşdu. Mən ondan daha çox xəsarət aldım. Kiçik ağrılar olsa da, döyüşü davam etdirdim. Həmin anlarda yalnız qələbə haqda düşünürdüm. Melvin güclü idmançı olduğunu növbəti dəfə göstərdi. İlk raundda kəşfiyyat yolunu seçmişdi. İstəyirdi görsün nəyə qadirəm. Amma mən də əsas gücümü son raundlara saxlamışdım.
 
- Sonradan final görüşündə iştirak edə bilməməyinin səbədi nədi?
- Boynumdam aldığım zədə o qədər ciddi deyildi. Amma dizimdən aldığım xəsarət ciddi oldu. Ağrılarla yanaşı əzilmə də var idi. Ona görə həkimlər görüşü davam etdirməyə imkan vermədi. Təəssüflənmirəm, çünki əsas görüşdə qalib gəldim. Bəlkə də çoxları məni Qran-Prinin qalibi olmağımı istəyirdi. Onlara təşəkkür edirəm. Sadəcə, bəzi məqamlar məni Melvinlə görüşə daha ciddi hazırlaşmağa vadar etdi.
 
- Yəqin, Badri Xarinin sənin haqda dediyi sözləri nəzərdə tutursan. O demişdi ki, Zabit Melvinə uduzacaq...
- Məhz onun sözlərinə görə çox acıqlıydım. Badri Xariyə sübut etmək istəyirdim ki, Melvin Manhufa qalib gələ bilərəm. Mən onlar səviyyəsində döyüşçüyəm. Badri mənim haqqımda çox kəskin danışmışdı. Ona cavabı rinqdə vermək istəyirdim. Buna görə də final barədə heç düşünmürdüm. Təsəvvür edin, zədəli halda finala çıxa bilməyəcəyimi anlayırdım. Lakin Melvinlə görüşü yarımçıq qoya bilməzdim.
 
- Döyüşdən sonra ikiniz aranızda qısa söhbət oldu. Nə barədə danışırdınız...
- Sadəcə, bir-birimizə döyüşə görə təşəkkür etdik. Adətən belə görüşlərdən sonra idmançılar əl sıxırlar. Mən də öz növbəmdə ona təşəkkür etdim.
 
- Döyüşdən əvvəl Melvin sənin haqqında yaxşı danışmışdı. Amma nədənsə, Badri Xari sənə qarşı çıxmışdı...
- Biz idmançıyıq. Sözümüzü yarışda deyirik. Badri Xariyə gəldikdə, o yaxşı idmançıdı. Böyük təcrübəyə malikdi. Sadəcə məğlubiyyəti həzm edə bilmir.
 
- Növbəti görüşün nə vaxt olacaq?
- Bu barədə menecerlər daha dəqiq danışa bilər. Melvinlə görüşüm bir sıra promouterlərin müsbət rəyini qazandı. İndi təklifləri gözləməliyik. Ola bilər dekabrda yenidən rinqə çıxım. Fürsətdən istifadə edib mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Rinqdə olanda onların dəstəyini hiss edirdim.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.