6 noyabr 2013 11:55

Vyaçeslav Filippovun xatirəsinə həsr edilmiş kubok mübarizəsi

Nabranın "Xəzər" turist bazasında Vyaçeslav Filippovun xatirəsinə səmti müəyyən etmə üzrə kubok mübarizəsi başa çatıb. Azərisport.az xəbər verir ki, yarışdan bir gün öncə, noyabrın 2-də idman turizmi üzrə SSRİ idman ustasıının xatirə gecəsi keçirilib.
 
Tədbirdə çıxış edən federasiyanın vitse-prezidenti Nizami Mursakulov turnirin səbəbkarının həyatı və idman sahəsində əldə etdiyi uğurlardan danışıb.
 
Sonra SSRİ idman ustası haqqında geniş videoçarx nümayiş etdirilib. Bu, idmançılar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra təcrübəli mütəxəssisin həyat yoldaşı Yelena Filippova və eləcə də dostları Aleksandr Nəcəfov, Yaqub Əsədov, Tahir Süleymanov, Tərlan Ramazanov söz alaraq, idman ustası haqqında maraqlı söhbətlər etmiş, onunla bağlı təssüratlarını gənclərlə bölüşüblər.
 
Kubok mübarizəsinə gəlincə, təxminən 70 nəfərə yaxın idmançının qatıldığı yarış "K-21”, "Q-21” və "Junior” qrupları üzrə keçirilib. 2.5 saat nəzarət vaxtı təyin edilmiş yarışda kişilər üçün 4.6 km (13 NM), qadınlar üçün isə 4.0 km məsafə (11 NM) müəyyən edilmişdir. "Junior” qrupu üzrə mübarizə aparan idmançılar isə 0.8 km məsafədə 7 nəzarət məntəqəsini müəyyən etməli idilər.
 
Gərgin keçən rəqabətdə "K-21” qrupu üzrə Sergey Telegin qalib olub. Ondan 2 dəqiqə geri qalan Emin Məmmədov 2-ci, Müvəssil Allahverdiyev 3-cü yeri tutub. "Q-21” qrupu üzrə Nataliya Əliyeva qızıl medal qazanıb. Yanina Maşkova 2-ci, Çokuet Karolin isə finişə 3-cü çatıb.
 
"Junior” qrupunda Cavid Hüseynzadə nöqtəyə hamıdan birinci çatıb. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Mariya Mişenko və Mariya Fedyukina tutublar. Fərqlənən idmançılara federasiyanın vitse-prezidenti Nizami Mursakulov və federasiyanın fəxri üzvü Aleksandr Mişenko tərəfindən medal və xatirə diplomu təqdim edilib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.