6 noyabr 2013 13:50

İstanbul 5 days turnirində nə müzakirə olunub?

Türkiyənin mədəni paytaxtında səmti müəyyən edənlər arasında “Istanbul 5 days” beynəlxalq yarışı keçirilib. Azerisport.az xəbər verir ki, turnir İstanbulun tanınmış məkanları - Çeşməsi (Belgrad Forest), Büyükada (“The Prince”s İslands), Ulduz Park (Beşikdaş), Ciftalan (Qurdkəməri) və “Grand Bazaar”da təşkil olunub.
 
Bu rəqabətdə yerlilərlə yanaşı, Finlandiya, İsveç, Norveç, İtaliya, Danimarka, Avstriya, Almaniya, Estoniya, Rusiya, Ukrayna, Qazaxıstan klublarından olan idmançılar qatılıblar. Turnirin proqramına uzun və orta məsafələr, eləcə də sprint və super sprint yarışlar daxil idi.
 
Ölkəmizi bu sınaqda Səmti Müəyyən Etmə Federasiyasının prezidenti Mirəli Kazımov təmsil edib. O, sprintçilərin mübarizəsində qüvvəsini sınayıb. Sonra qaliblərinin mükafatlandırma mərasiminə fəxri qonaq qismində iştirak edib.
 
Yarış çərçivəsində Türkiyə səmti müəyyən etmə idman klublarının prezidentləri və ayrıca olaraq Türkiyə SMEİF-in Prezidenti T.Çolaqoğlu ilə Türkdilli Dövlətlərinin Çempionatının birgə keçirilməsi haqqında danışıqlar aparılıb.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.