23 sentyabr 2013 12:15

Azərbaycan idmançıları dünya yığmasını darmadağın etdilər

Sentyabrın 22-də Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kikboksinq üzrə beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Milli Məclisin deputatı Eldar İbrahimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı nailiyyətləri yüksək qiymətləndirib, respublikamızın artıq bir idman dövlətini çevrildiyini vurğulayıblar.
 
Rəsmi hissə başa çatdıqdan sonra Türkiyədən dəvət olunmuş məşhur müğənnilər konsert proqramı ilə çıxış ediblər. Yarışı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da izləyib.
 
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Azərbaycan idmançıları Eduard Məmmədov (63 kq) Yaqub Bersanukayevə (Rusiya), Elnur Dəryagir (63 kq) Semir Deliçə (Bosniya və Herseqovina), Turan Qafarov (67 kq) Aleks Vayta (ABŞ), Araz Pirməmmədov (71 kq) Fabiano Antonio da Silvaya (Braziliya), Ramal Aslanov (71 kq) Vitali Farxutdinova (Ukrayna), Pərviz Abdullayev (73 kq) Konstantin Pasniçusa (Rumıniya), Anar Məmmədov (91 kq) Mesud selimoviçə (Bosniya və Herseqovina), Ağalar Sadıxzadə (91 kq) Timur Bekturganova (Qazaxıstan) və Zamiq Atakişiyev (91 kq) isə Qalimjan Utegenova (Qazaxıstan) qalib gəliblər.
 
Günün ən maraqla gözlənilən görüşü 91 kiloqramdan yuxarı çəki dərəcəsində milli komandamızın üzvü Zabit Səmədov və serbiyalı Droqan Yavanoviç arasında keçirilib. Hər üç raundda rəqibindən üstün olan Z.Səmədov görüşünü qələbə ilə başa çatdırıb.
 
Milli komandamızın üzvlərindən T.Qafarov, R.Aslanov və A.Sadıxzadə görüşlərini nokautla başa vurublar.
 
Kikboksinqçilərimizdən yalnız 84 kiloqram çəki dərəcəsində mübarizə aparmış Xəyal Əhmədov hollandiyalı idmançı Niels Vilminkə məğlub olub.
 
Qaliblərə kubok və xatirə hədiyyələri təqdim olunub.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.