20 sentyabr 2013 10:48

İlham Əliyev Qubada qolf-klubun açılışını edib

Sentybrın 18-də ölkə prezidenti İlham Əliyev Qubada milli qolf-klubun açılış mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, son illərdə Azərbaycanda idmanın kütləviləşdirilməsi istiqamətində köklü islahatlar həyata keçirilir.
 
Bu islahatlar ölkəmizin bölgələrini də əhatə edir və idmanla məşğul olan insanların sayının artmasına rəvac verir. Hazırda ölkəmizdə müasir idman infrastrukturu yaradılır, yeni idman obyektləri tikilir. Azərbaycanda bütün idman növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada milli qolf-klubun yaradılması buna bariz nümunədir.

Ölkə başçısı klubun açılış rəmzi olan lenti kəsib.

Qolf-klubda yaradılmış şərtlərlə tanış olan ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, tikintisi keçən il başlanmış klubda 44 qolf-avtomobilinin olması barədə məlumatlandırılıblar.

Ölkə başçısı və xanımı klub ərzisini elektromobildə gəziblər.

Prezidentə qolf-klubun 92 hektar sahəsi və 75 hektarlıq meydançası olması barədə məlumat verilib. Klubun idarə binasında idman malları mağazası və kafe var. Bu idman kompleksinin Cənubi Qafqazda analoqu yoxdur. Qolf meydançası regionda 18 oyuqlu ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılıb. Burada həmçinin qolf üzrə müxtəlif treninqlərin keçirilməsi üçün şərait var. Azərbaycanın milli qolf-klubunda yaradılmış şərait dünya standartlarına tamamilə uyğun gəlir. Məhz bu səbəbdən gələcəkdə burada yüksək səviyyəli müxtəlif beynəlxalq yarışlar keçirilə bilər. Belə bir idman kompleksinin açılışı nəinki Qubada, hətta bütün regionda turizmin inkişafına böyük töhfə verəcək. Bu, regionda həmçinin orta və kiçik biznesin inkişafı nöqteyi-nəzərindən vacibdir.

Qolf-klubda ölkə prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri verilib. Prezident klubda yaradılmış şəraitlə bağlı məmnunluğunu bildirib və müvafiq tapşırıqlarını verib. (AzərTac)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.