9 sentyabr 2013 15:52
Bakıda keçirilən polo üzrə dünya kuboku yarışlarının qalibi bəlli oldu
Bakıdakı “Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda Böyük Britaniyanın “Bentli” və ABŞ-ın “Monblan” komandaları qarşılaşıblar.
Rəqibini 9:6 hesabı ilə məğlub edən “Bentli” komandası yarışları üçüncü pillədə başa vurub.
Həlledici görüşdə “Çopard” (Argentina) və “Baltika” (Avropa) komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə “Baltika”nın xeyrinə yekunlaşıb.
“Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak edib. Bunlardan dördü - “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardı.
Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də mübarizə aparıblar.
