24 iyul 2013 01:39

Azərbaycanın gənc və favorit avarçəkənləri DÇ-də mübarizəyə start verirlər

Bu gün - iyulun 24-də Almaniyanın Lints şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 52 ölkədən 811 idmançının yer alacağı çempionatda Azərbaycan da təmsil olunacaq.
 
Ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (BM1X) yürüşdə qızıl medal qazanmış Aleksandr Aleksandrov artıq böyüklər kateqoriyasına keçib. Bu səbəbdən, o, Lintsdəki mundiala qatılmayacaq. Əvəzində 5 təmsilçimiz qüvvəsini sınayacaq.
 
1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) 2000 metr məsafəyə yürüşdə Fərid Saadov yer alacaq. Bu kateqoriyaya hamıdan çox - 28 avarçəkən sifariş olunub. 20 yaşlı idmançımız 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında ilk dəfə çıxış edəcək. O, daha öncə Dünya Kubokunun II mərhələsində 13-cü olub.
 
2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə İqor Luçiç - Luka Dordeviç dueti mübarizə aparacaq. Bu cütlük 2009-cu ildə Serbiya yığmasının üzvləri kimi yeniyetmələr arasında dünya çempionu olub. 2011 və 2012-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatlarında isə onlar 4 nəfərlik qoşa avarlı qayıq (BM4X) ekipajının tərkibində qızıl medala sahib olublar. Azərbaycan millisində isə Luçiç - Dordeviç dueti Dünya Kubokunun II mərhələsində əsas finaladək irəliləyərək 6-cı olub. Göstərdikləri nəticələrə əsasən, bu cütlüyü qarşıdakı mundialda favoritlərdən saymaq olar. Bu kateqoriyada yürüşlərə 20 duet qatılacaq.
 
Nəhayət, yeniyetmələr arasında son Avropa çempionumuz Boris Yotov İvan Antovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (BM2X) çıxış edəcək. Onlar qələbə uğrunda 16 ölkədən olan duetlə yarışacaqlar. Yotov - Antov cütlüyü daha öncə böyüklər arasında Avropa çempionatına qatılıb və 12-ci yeri tutub. Maraqlıdır ki, Yotov Almaniyadakı mundiala qatılan avarçəkənlər arasında ən gəncidir. 17 yaşlı idmançımız iki həftə sonra yeniyetmələr arasında dünya çempionatına da qatılacaq.
 
Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.