8 iyul 2013 01:27

Bakıda keçirilən Qrand Prinin qalibləri müəyyənləşdi

İyulun 7-də Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) “Grand Prix–2013” turniri çərçivəsində əsas yarış keçirilib. Azerisport.az xəbər verir ki, əvvəlcə Xəzər dənizində məşq prosesi keçirilib.
 
Hazırlıqda 11 ölkədən 20 pilot iştirak edib. Hazırlıq zamanı pilotlar müxtəlif nümunəvi çıxışlar etmiş, həmçinin sürət şousu göstəriblər.
 
Sonra yarışa start verilib. Pilotlar 45 dəqiqə ərzində müəyyən olunmuş marşrut üzrə dövrə vurublar. Yarış zamanı İsveç klubları – “Bimba Racing”in üzvü Bimba Sjöholm və “AJO”nun pilotu Tobis Soderling idarəetməni itirərək qayıqlarını aşırıblar. Hər iki idmançı yarışdan kənarlaşdırılıb.
 
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olublar.
 
Qaliblərə medal, kubok, həmçinin italiyalı dizaynerlər tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunub. Turnirin xüsusi mükafatı isə B.Sjöholma verilib.
 
Qeyd edək ki, turnirdə Azərbaycan ilə yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.