24 iyun 2013 01:23

Bakıdakı Dünya kubokunun qalibləri müəyyənləşdi

Bakıda keçirilən idman dırmanması üzrə Dünya kubokunun qalibləri müəyyən olunub. Azerisport.az xəbər verir ki, kişilər arasında Dünya kubokunun qalibi rusiyalı idmançı Stanislav Korokin olub. İkinci yeri ukraynalı Yaroslav Qontuk, üçüncü yeri isə italiyalı Lenardo Qontero tutub.
 
Qadınlar arasında Dünya kubokunun qalibi də rusiyalı idmançı - Yuliya Kaplina - olub. İkinci pilləyə rusiyalı Alina Qaydamanika, üçüncü pilləyə isə polşalı Aleksandra Rutinska yüksəlib.
 
Yarışmanın sonunda qaliblərə medallar və pul mükafatları təqdim olunub.
 
Sonda çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) prezidenti Hüseynqulu Bağırov yarışda iştirak edən bütün idmançılara təşəkkürünü bildirib və qalibləri təbrik edib. O, Azərbaycanın növbəti idman dırmanması üzrə Dünya kubokuna da ev sahibliyi etməyə hazır olduğunu bildirib.
 
Daha sonra çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) prezidenti Marko Skolaris yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib və idmançıları təbrik edib. Skolaris qeyd edib ki, yarış yüksək səviyyədə keçirildi və möhtəşəm performanslar nümayiş etdirildi.
 
Qeyd edək ki, FAIREX və IFSC-nin birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilən Dünya kubokunda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edib. Yarış zamanı qadınlar arasında yeni dünya rekordu (8.05 saniyə) qeydə alınıb.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.