24 aprel 2013 16:35
Bakıda Dünya kuboku təşkil olunacaq
Bu ilin iyun ayının 22-23-də Bakıda idman dırmanması üzrə Dünya kuboku yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSС) Avropa Komissiyasının Prezidenti Volfqanq Vebel bildirib.
Onun sözlərinə görə, bu, idman dırmanması üzrə bütün regionda keçiriləcək ilk belə böyük turnir olacaq.
Vebelin fikrincə, bu turnir həm də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlar üçün bir hazırlıq olacaq.
