24 aprel 2013 19:40

I Avropa Olimpiya Oyunlarına daha bir idman növü daxil edilə bilər

İdman dırmanmasının 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları sırasına daxil edilməsinə dair Bakıda müzakirələr aparılır. Azerisport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSС) Avropa Komissiyasının prezidenti Volfqanq Vabel deyib.
 
Vabel bildirib ki, o, idman dırmanmasının I Avropa Olimpiya Oyunları sırasına daxil ediləcəyinə inanır.
 
"Azərbaycana gəlişimin məqsədi idman dırmanması növünün 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan I Avropa Olimpiya Oyunlarına daxil edilməsidir. Mən bu məsələdə çox nikbinəm. İnanıram ki, yerli qurumların, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, eyni zamanda, Avropa Olimpiya Komitəsinin dəstəyi ilə bu idman növü Olimpiya Oyunları sırasına daxil ediləcək", - Vabel qeyd edib.
 
Azərbaycanda çoxlu olimpiya idman komplekslərinin inşa edilməsini təqdir edən IFSС-nin Avropa Komissiyasının prezidenti həmin komplekslərdə idman dırmanması növü üzrə avadanlıqların quraşdırılması arzusunu da dilə gətirib. Onun fikrincə, əgər idman dırmanması növü 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları siyahısına daxil edilsə, bu, həmin yarışların rahat keçirilməsinə şərait yaradacaq.
 
Vabel bildirib ki, Bakıda keçiriləcək Olimpiya Oyunlarında bu idman növü üzrə 15-20 ölkədən dünyanın ən yaxşı 60 atletinin iştirak edəcəyi planlaşdırılır. Onlardan 30-u kişi, 30-u isə qadın olacaq.
 
Onun sözlərinə görə, dünya çempionatlarında və dünya kuboku yarışlarında azərbaycanlı hakimlərin təyinat alması üçün onlar mötəbər tədbirlər və yarışlarda iştirak etməli, beynəlxalq təcrübə toplamalıdırlar. Bu məqsədlə IFSC Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birgə Azərbaycan hakimləri, o cümlədən idmançıları üçün treninq və təlimlərin keçirilməsi də nəzərdə tutur.
 
"Burada bizim federasiyanın çox fəal üzvlərindən olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası mövcuddur. Çox qısa zaman ərzində yaranmasına baxmayaraq, bu federasiya çox fəal üzvlərimizdən birinə çevrilib. Bu ilin iyun ayında idman dırmanması üzrə Dünya Kuboku üzrə yarışların Bakıda keçirilməsi isə bunu bir daha sübut edir ki, Azərbaycanda da bu idman növü inkişaf edir. Biz də Beynəlxalq İdman Dırmanması Federasiyası olaraq bunu dəstəkləyirik", - Vabel əlavə edib.
 
Qeyd edək ki, Volfqanq Vabel bu gün gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovla, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla, o cümlədən federasiyanın idman klublarının fəalları ilə görüşərək idman dırmanmasının I Avropa Olimpiya Oyunları sırasına daxil edilməsinə dair müzakirələr aparıb. Bundan əlavə, onun Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə də görüşü gözlənilir. (Trend)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.