12 mart 2013 16:24

Millimiz Niderlanda 18 idmançı ilə yollanır

Azərbaycan taekvondoçularının uğurları davam edir. Azerisport.az xəbər verir ki, Hamburqda "German Open" beynəlxalq turnirində iştirak edən idmançılarımız beş medal qazanıblar.
 
Azərbaycan Taekvondo federasiyasından verilən məlumata görə, Ramin Əzizov (-80 kq) qızıl mükafat, Xəyalə Quliyeva (-46 kq) gümüş, Samir Aydınov (-54 kq), Günay Ağakişiyeva (-57 kq), Fəridə Əzizova isə (-67 kq) bürünc medala sahib olub.
 
Gənclərdən ibarət secmə komandamız isə növbəti beynəlxalq turnir ərəfəsindədir. ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə martın 16-17-də Eyndhoven şəhərində Niderlandın açıq çempionatına 18 idmançı qatılacaq. 40-cı dəfə təşkil edilən yarışda 1000-dək idmançı iştirak edəcək.
 
Seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədov aşağıda adları göstərilən taekvondoçuları "Dutch Open"a cəlb edib.
 
Oğlanlar
 
1.Tağı Tağızadə (-45 kq)
 2. Fizam Mehdiyev (-45 kq)
 3. Samid Bağırlı (-48 kq)
 4. Xanrul Fətullayev (-48 kq)
 5. Samir Novruzov (-51 kq)
 6. Məhəmməd Məmmədov (-55 kq)
 7. Məmmədnağı Alqayev (-55 kq)
 8. Əli Axundov (-59 kq)
 9. Yusif Hüseynli (-59 kq)
 10. Ayxan Tağızadə (-63 kq)
 11. Kənan Süleymanov (-68 kq)
 12. Saməddin Əliyev (-68 kq)
 13. Səid Quliyev (-73 kq)
 
Qızlar
 
14. Nərminə Məmmədova (-44 kq)
 15. Təranə Məmmədova (-46 kq)
 16. Zümrüd Məlikova (-49 kq)
 17. Aynur Məmmədova (-49 kq)
 18. Zeyvi Kərimova (-59 kq)
 
İdmançılar hazırda Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq zalında yarışa son hazırlıqları keçirlər. "A" dərəcəli turnirə martın 14-də yola düşəcək gənclərdən ibarət seçmə komandamız 5 gün sonra paytaxta dönəcək.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.