4 mart 2013 13:38

Azərbaycan beynəlxalq reytinq xalı qazandıracaq turnirdə iştirak edəcək

Azərbaycanın böyüklərdən ibarət taekvando milli komandası daha bir nüfuzlu yarışa, "German Open" turnirinə yollanır. Azərbaycan Taekvando Federasiyasının (ATF) mətbuat xidmətindən verilən xəbərə görə, ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Almaniyanın açıq çempionatına 18 idmançı qatılacaq.
 
Azerisport.az xəbər verir ki, martın 8-10-da Hamburqda keçiriləcək və "A" kateoriyasından olan yarışda iştirak edəcək kişilərdən ibarət komandanın heyətinə Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov (63 kq), Səbuhi İsmayılzadə (63 kq), Hüseyn Mehrəliyev (68 kq), Fariz Əliyev (68 kq), İlkin Şahbazov (74 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev (87 kq), Fərid Tağızadə (87 kq) cəlb ediliblər.
 
Qadınlardan ibarət komandada isə Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva (49 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq),Fəridə Əzizova (67 kq) təmsil olunacaqlar.
 
Hazırda taekvandoçular yarışa son hazırlıqlarını milli komandamızın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin, böyük məşqçi və qadınların baş məşqçisi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə ATF-in təlim-məşq zalında keçirirlər.
 
Qeyd edək ki, qarşıdakı yarış mükafatçılara beynəlxalq reytinq xallarını artırmaq imkanı verəcək. Milli komandamızın Almaniyaya səfəri martın 7-12-si tarixlərinə planlaşdırılıb. (Trend)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.