27 fevral 2013 14:55

Yığmamız beynəlxalq turniri 20 medalla başa vurdu

Misir Ərəb Respublikasında "Alexandria Open" beynəlxalq turniri Azərbaycan taekvondoçularının möhtəşəm zəfəri ilə ilə başa çatıb. Azerisport.az xəbər verir ki, yarışın ilk günü 10 medal qazanan idmançılarımız ertəsi gün daha 10 müxtəlif əyarlı mükakafatla ənənəvi turniri lider kimi başa vurublar.
 
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, fevralın 26-da keçirilən görüşlərdə Samir Aydınov (54 kq) qızıl medal, Məcid Sofiyev (54 kq), İlkin Şahbazov (74 kq), Bayraməli Vəliyev (87 kq), Aygül Abdullayeva (53 kq), Aytən Səmədli (62 kq) və Xəyalə Quliyeva (46 kq) isə gümüş mükafata sahib olublar. Bürünc medalları Günay Ağayeva (53 kq), Fərid Tağızadə (87 kq) və Səbinə Mikaylova (62 kq) əldə edib.
 
Bir gün əvvəl isə Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalları Hüseyn Mehrəliyev (68 kq), Surə Fərəcli (49 kq) və Günay Ağakişiyeva (57 kq) qazanıb. Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər. Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu açıq turnirin mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.
 
Milli komandaların baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin, milli komandaların böyük məşqçisi və qadınların baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev, eləcə də kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanovun rəhbərliyi ilə İskəndəriyyədə V açıq beynəlxalq turnirdə 5 qızıl, 9 gümüş və 6 bürünc olmaqla 20 medal qazanan böyüklərdən ibarət komandamız birinci pilləni, o cümlədən kişilər birinci yeri, qadınlar isə ikinci sıranı tutublar.
 
Müxtəlif yaş qrupları üzrə "Alexandria Open" turnirində 13 ölkədən 500-dək idmançı iştirak edib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.