11 fevral 2013 13:49

Trelleborq Opendən 5 medalla

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət seçmə komandası İsveç Krallığında "Trelleborq Open" turnirini zəfərlə başa vurub. Azerisport.az xəbər verir ki, idmançılarımız Avropa Taekvondo Birliyinin (ETU) A dərəcəli yarışının son günü daha 2 medal qazanıblar. Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) qızıl medala sahib olublar.
 
Fevralın 10-da yarışa qatılan digər 3 taekvondoçumuz isə mübarizədən medalsız ayrılıb. Nüfuzlu turnirin axırıncı yarış gününə olan nəticələr belədir:
 
63 kq
 Təsnifat mərhələsi
 Ayxan Tağızadə - Sindro Holff Peterson (Norveç) 19-7
 Təsnifat mərhələsi
 Ayxan Tağızadə - Klemas Aurimas (Litva) 12-8
 ¼ final
 Ayxan Tağızadə - Konstantios Çamilidis (Almaniya) 06-05
 ½ final
 Ayxan Tağızadə - Natçapon Çalermluk (Tayland) 9-3
 Final
 Ayxan Tağızadə - Stefan Samarciyev (Bolqarıstan) 5-4
 
73 kq
 1/4
 Səid Quliyev - Roberto Botta (İtaliya) 07-03
 ½ final
 Səid Quliyev - Giorqos Patsali (Kipr) 8-3
 Final
 Səid Quliyev - Jon Asp (Norveç) 08-04
 
68 kq
 Təsnifat mərhələsi
 Saməddin Əliyev - Lətif Sami (Danimarka) 05-04
 Təsnifat mərhələsi
 Saməddin Əliyev - Aadne Skei Landsem (Norveç) 04-05
 
59 kq
 Təsnifat mərhələsi
 Zeyvi Kərimova - Pia Leonhardt (Almaniya) 00-03, qızıl xal
 
63 kq
 Təsnifat mərhələsi
 Nicat Fərəcov - İvan Filipoviç (Xorvat) 04-13
 
Beləliklə, ənənəvi "Trelleborq Open" turnirinin daimi favoritlərindən sayılan Azərbaycan taekvondoçuları bu dəfə 3 qızıl və 2 bürünc medal qazanmaqla yarışı yüksək pillələrdə başa vurublar. Daha 5 idmançımız isə mübarizəni ¼ finalda dayandırmaqla ən azı bürünc medal şansını əldən verib.
 
Gənclərdən ibarət semə komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyilə 2013-cü ilin ilk beynəlxalq turnirini zəfərlə başa vuran Azərbaycan taekvondoçuları fevralın 12-də Bakıya qayıdacaqlar.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.