3 fevral 2013 12:14

Azərbaycan taekvondoçuları İrana yollandılar

Ötən ay Qəbələdə Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində genişmiqyaslı təlim-məqşlərin ardından hazırlıqları davam etdirən idmançılarımız İran İslam Respublikasına yollanıblar. Azerisport.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev və milli komandaların baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Tehranda nəzərdə tutulan təlim-məşqlərdə kişi və qadınlardan ibarət seçmə komandalarımız iştirak edəcək.
 
Qadınlardan ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və kişilərdən ibarət seçmə komandanın böyük məşqçisi Elnur Amanov da 33 taekvondoçunun daxil edildiyi heyəti çalışdıracaqlar.
 
İranın Taekvondo Akademiyasında yerli milli komanda ilə birgə hazırlıqlar 3-13 fevral tarixlərinə planlaşdırılıb. Məşqçilər heyəti əsasən fiziki hazırlıqlara üstünlük veriləcəyini bildirib. Təlim-məşqlərə aşağıdakı siyahıda adları qeyd edilən taekvondoçular iştirak edəcəklər:
 
Kişilər:
 
-54 kq Samir Aydınov
 -54 kq Vüqar Kərimov
 -54 kq Məjid Sofiyev
 -58 kq Samir Cavadlı
 -58 kq Vüsal Məmmədov
 -58 kq Ruslan Abbasov
 -58 kq Pərvin Əliyev
 -63 kq Ramik Nəzərov
 -63 kq Səbuhi İsmayılzadə
 -63 kq Tahr Hüsüynov
 -68 kq Hüseyn Mehrəliyev
 -68 kq Fariz Əliyev
 -68 kq Namaz Heydərov
 -74 kq İlkin Şahbazov
 -74 kq Elvin Məmmədov
 -74 kq Vladislav Subbotin
 -80 kq Ramin Əzizov
 -80 kq Xosrov Əhmədov
 -80 kq Ramin Abdullayev
 -87 kq Bayraməli Fəlyev
 -87 kq Fərid Tağızadə
 +87 kq Elman Əliyev
 
Qadınlar:
 
-46 kq Xəyalə Quliyeva
 -46 kq Surə Fərəcli
 -49 kq Nübar Hacıyeva
 -49 kq Türkanə Tahirli
 -49 kq Ülviyyə İskəndərova
 -53 kq Günay Ağayeva
 -53 kq Aygül Abdullayeva
 -57 kq Günay Ağakişiyeva
 -62 kq Səbinə Mikayılova
 -62 kq Aytən Səmədli
 -67 kq Fəridə Əzizova
 
Qonşu ölkəyə ayın 2-də yola düşən idmançılarımız fevralın 14-də Bakıya dönəcəklər.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.