18 noyabr 2012 13:44

Türkiyə - Azərbaycan matçı dava meydanına çevrildi (FOTO)

Türkiyə komandası ilə Azərbaycan oyunçuları stadionda əlbəyaxa olublar. Azerisport.az xəbər verir ki, Avropa Millətlər Kubokunun ENC3 qrupunda reqbi üzrə keçirilən Türkiyə və Azərbaycan komandaları arasındakı görüş təxirə salınıb. Buna səbə isə iki komanda arasındakı əlbəyaxa dava olub.
 
Qarşılaşmanın ilk yarısını Türkiyə 39-3 xal hesabı ilə öndə bitirib. Oyunun ikinci yarısı da 53-3 hesabı ilə Türkiyə xeyrinə olub. Oyunun 65-ci dəqiqəsində isə iki komandanın oyunçuları arasında mübahisə yaranıb. Daha sonra yaranan mübahisə davaya çevrilib.
 
Hər iki komandanın oyunçuları bir-birini yumruqlayıb. Hətta azarkeşlərin davaya sözlə müdaxiləsindən sonra da Azərbaycan komandasının oyunçuları ilə azərkeşlər arasında dava düşüb. Hakim oyundakı hadisələri nəzərə alaraq oyunu təxirə salıb.
 
Oyundan sonra jurnalistlərə açıqlama verən Türkiyə Reqbi Milli komandasının rəhbəri Niall Doherth heç vaxt bu cür gərginliklə rastlaşmadığını deyib: "Azərbaycan komandasının reqbi oynamağı düşündüklərini zənn etmirəm. Mənim oyunçularım çox uğurlu və qayda-qanunlara riayət edirdilər. Öz oyunçularımla qurur duyuram".

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.