16 noyabr 2012 01:37

Azərbaycan Qolf Federasiyası Avropa Qolf Assosiasiyasına üzv seçildi

Azərbaycan Qolf Federasiyası (AQF) Avropa Qolf Assosiasiyasının oktyabr ayında Lüksemburqda keçirilmiş illik iclasında assosiasiyaya üzv seçilib. Azerisport.az xəbər verir ki, üzvlük 120 nəfər nümayəndənin iştirak etdiyi iclasda yekdilliklə qəbul edilib.
 
Federasiyadan verilən məlumata görə, assosiasiya hazırda 42 üzv ölkədən ibarətdir və İcraçı komitə, Yarışlar üzrə komitə və Avropa Qolf Assosiasiyası "Handicap" və təlimi dəyərləndirmə komitəsi tərəfindən idarə olunur.
 
"AQF-nin Avropa Qolf Assosiasiyasına üzv seçilməsi son bir ayda sayca ikinci uğurudur. Bundan öncə Azərbaycan Qolf Federasiyası "R&A" qolf təşkilatının tərəfdaş üzvü seçilib. Hər ikisi dünyada qolfun oyun standartlarını müəyyən edən, yarışlar keçirən ən mühüm və elit qurumlardır. AQF-nin bu tipli təşkilatlara üzv olmağı ölkəmizin qolf sahəsi çox üçün böyük uğur və inkişaf mənbəyidir. Bu bizə ölkə qolfunun inkişafında davamlı, səmərəli və effektiv iş metodlarının möhkəmləndirilməsi sahəsində də yardımçı olacaq", - AQF-nin prezidenti Anar Məmmədov bildirib.
Qeyd edək ki, Avropa Qolf Assosiasiyası 1937-ci il noyabrın 20-də Lüksemburqdakı iclasların birində təsis olunub. Assosiasiya bu sahədə olan beynəlxalq məsələləri həll edir və üzvlük yalnız Avropanın milli həvəskar qolf assosiasiyalarına, federasiyalarına və birliklərinə aiddir.
 
Azərbaycan Qolf Federasiyası 2012-ci ilin əvvəllərində yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir. (Trend)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.