29 oktyabr 2012 15:28

Bakıda dünya kubokunun təsnifat mərhələsi keçirildi

Bakıdakı Binə Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI 2*-W kateqoriyalı dünya Kubokunun təsnifat mərhələsi yarışları keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparıblar.
 
Turniri İran, Türkiyə və Bolqarıstandan dəvət olunmuş hakimlər briqadası idarə edib. Yarışlar iki hissədən ibarət olub. Əvvəlcə çaparlar nisbətən cavan atlarla yarışda bacarıqlarını nümayiş etdiriblər. Turnirin ilk günü həmyerlimiz Kənan Novruzov “Wasab - 1” ləqəbli atla qələbə qazanıb. Nisbətən təcrübəli atlarla yarışda da Azərbaycan təmsilçisi Patrick Mak Enti qalib gəlib. O “Zidan - D” ləqəbli atla ən yüksək nəticəyə nail olub. Gürcüstanlı Şalva Qaçeçiladze “Dar” ləqəbli atla ikinci, İran nümayəndəsi Maziar Jamşid Xani isə “Van Het Scheef” ləqəbli atla üçüncü yeri tutub.
 
Yarışların final mərhələsində əvvəlcə iştirakçılar nisbətən cavan atlarla çıxış ediblər. Burda çempionluğu “Samurai MNM” ləqəbli atla almaniyalı Andre Şroeder qazanıb. Turnirin əsas final mərhələsi isə bundan sonra başlayıb. Maraqlı idman mübarizəsi şəraitində keçən son mərhələdə ölkəmizi Pekin və London Yay Olimpiya Oyunlarında təmsil etmiş Camal Rəhimov “Woodie” ləqəbli atla birinci yerə çıxıb. Digər həmyerlimiz Seyid Musayev isə “Concorde 57” ləqəbli atla ikinci olub. Ş.Qaçeçiladze final mərhələsində üçüncü nəticə göstərib.
 
Qeyd edək ki, iki gün davam edən yarışın ümumi mükafat fondu 56 min ABŞ dolları idi.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.