26 oktyabr 2012 02:37

Bakıda möhtəşəm avtoşou starta hazırdı (FOTOREPORTAJ)

Ötən gün Bakıda "City Challenge" yarışlarında iştirak edəcək avtomobillərin paradı keçirilib. Azerisport.az xəbər verir ki, yarış avtomobilləri ilk öncə Azadlıq Meydanının qarşısında nümayiş etdirilib.
 
Sonra avtomobillər onlara ayrılan marşrut üzrə-dənizkənarında hazırlanmış müvəqqəti yarış zolağından bütün yolları keçərək Kempinski Hotel Badamdara hərəkət ediblər.
 
Daha sonra Kempinski Hotel Badamdarda yarışla bağlı keçirilən mətbuat konfransında "City Challenge" yarışlarının icraçı direktoru Helmut Beyer bildirib ki, yarışın fəlsəfəsinə görə, pilotlar öz peşəkarlığını tanınan və gözəl şəhərlərdə nümayiş etdirirlər. Ona görə də Bakı məkan kimi seçilib.
 
"Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyəcək və bütün diqqət Bakıya yönələcək. Yarış beynəlxalq telekanallarda canlı yayımlanacaq" Beyer əlavə edib.
 
Qeyd edək ki, daha öncə yarış avtomobillərinin pilotları avtoqraf veriblər. Park Bulvarda keçirilən təqdimatda pilotlardan Kərim Əl Əsxari (BƏƏ), Niki Tim (Danimarka) və Filipp Enq (Avstriya) olublar.
 
Xatirladaq ki, Bakıda oktyabr ayının 26, 27 və 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "City Challenge" yarışlarında Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edəcək.
 
Qeyd edək ki, "City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafında olacaq. Yarışda 10 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edəcək. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunacaq.
 
Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.