23 oktyabr 2012 13:39

Bakıda keçiriləcək Formula 1 ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlandı

Bakıda keçiriləcək GT-3 kateqoriyalı "Formula 1" şou-proqramı - avtomobil yarışının hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, oktyabrın 24-də tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla açılışı ərazidə məşqlərin, kvalifikasiya işlərinin aparılması, avtomobillərin start və finişi oktyabrın 28-dək davam edəcək.
 
Azerisport.az xəbər verir ki, 10 ölkə komandası və dünyanın ən məşhur avtomobil brendlərindən olan Lamborghini, Maserati, Ferrari, Mercedes, Porsche və s. markalı 35 avtomobil 14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək. Yarışın dünyanın 32 ölkəsində 65 televiziya kanalı vasitəsi ilə birbaşa yayımlanması nəzərdə tutulub.
 
Bu məqsədlə tədbirin təhlükəsizliyinin tam təmin edilməsi üçün İdarə əhalinin və avtomoil sürücülərinin nəzərinə çatdırır ki, 24 oktyabr saat 07:30-dan oktyabrın 29-na kimi - tədbir tam başa çatana qədər paytaxtın yürüş zolağı kimi nəzərdə tutulmuş Azadlıq meydanı, Zorgi, Puşkin, Ü.Hacıbəyov, Z.Əliyeva, R.Behbudov küçələri, Azadlıq, Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
 
Ona görə də İdarə sürücülərdən qeyd edilən müddət ərzində A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsindən, S.Vurğun küçəsi və Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə Azneft dairəsinə və Azneft dairəsi ilə Neftçilər prospektinə, həmçinin Kempinski hotelindən M.Müşfiq küçəsi ilə Parlament prospekti, M.Hüseyn, T.Elçin, Niyazi küçələrindən Azneft dairəsinə Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alaraq mümkün qədər şəxsi avtomobillərdən az istifadə edilməsini, alternativ yollardan, ictimai nəqliyyatdan istifadəni tövsiyyə edir. (Trend)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.