5 oktyabr 2012 01:12

Azərbaycanda keçiriləcək turnir dünyanın 65 kanalında yayımlanacaq

Oktyabrın 26-dan 28-dək Bakıda keçiriləcək “GT3 və klassik formula 1” yarışları dünyanın 65 televiziya kanalında yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu yarışları 130 milyon tamaşaçı izləyəcək.
 
Bu barədə Almaniyanın “City Challenge” şirkətinin media əlaqələri şöbəsinin rəhbəri Rene de Boer oktyabrın 4-də “Kempinski Hotel Badamdar”da keçirdiyi mətbuat konfransında məlumat verib. Tədbirdə yarışların Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Almaniyanın “City Challenge” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcəyi bildirilib.
 
Qeyd edilib ki, Azərbaycanda bu avtomobil yarışları həm də turizmin inkişafına yönəlib. Tədbir paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına 3 gün ərzində sonsuz zövq verəcək. Yarış zolağı 2,1 kilometr olmaqla Azadlıq meydanı ətrafında olacaq.
 
Yarışda yerli və beynəlxalq sponsor şirkətlərin sponsorluğu ilə 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edəcək.
 
Bütün təhlükəsizlik qaydaları beynəlxalq və yerli avtoidman federasiyalarının standartlarına uyğun aparılacaq. Bildirilib ki, yarışlarda “Formula 1” üzrə dünya çempionları Jack Villeneuve və Jos Verstappen iştirak edəcəklər. Bundan əlavə, Dənizkənarı Milli Parkda Avropadan gələn müğənnilərin və yerli şou nümayəndələrinin iştirakı ilə böyük konsert proqramı təqdim olunacaq. Eyni zamanda, burada uşaqlar üçün də möhtəşəm əyləncəli proqram təşkil olunacaq.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.