22 iyun 2012 15:31

Bakıda keçirilən beynəlxalq turnirin ilk nəticələri açıqlandı

Bu gün Binə Atçılıq Mərkəzində CSİ-1 kateqoriyalı “Sərhədçi Kuboku” uğrunda Beynəlxaq turnir start götürüb. Azerisport.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın ilk günü Poşalı idmançı Aleksandra Lusinanın qələbəsi ilə başa çatıb.
 
O, “Kalinka MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlaya bilib. Azərbaycanlı çapar Elmar Abdullayev “Platin E” ləqəbli atla ikinci olub. Digər həmyerlimiz Seyid Musayev isə “Nabab De Belou” ləqəbli atla üçüncü pilləni tutub. Ələkbər Məmmədov “Grog” ləqəbli atla 4-cü, Kənan Npvruzov isə "Bill Clinton” ləqəbli atla 5-ci olub.
 
Qeyd edək ki, Atçılığın konkur növü üzrə keçiriləcək yarışda Azərbaycan idmançılarıyla yanaşı Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştrak edirlər. Beynəlxq Turniri Bolqarıstan İran və Türkiyədən dəvət olunan hakimlər idarə edir. Sabah saat 11-də yarışın ikinci gününə start veriləcək. Yarışın üçüncü günü isə turnir saat 14-də başlayacaq. Buna qədər isə Atçılıq idmanı həvəskarları növbəti Cıdır yarışlarını da izləyə biləcəklər. Belə ki, İyunun 24-ü saat 11-də növbəti Cıdır yarışlarına start veriləcək.
 
Qeyd edək ki, “Sərhədçi Kuboku” uğrunda beynəlxaq turnirinin ümumi mükafat fondu 9500 avrodur.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.