20 may 2012 13:25
Avropa çempionatından gümüş medalla
Moskvada sambo üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatda döyüş sambosu üzrə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Kamran Cavadov finalda rusiyalı Qurban Maqomedova uduzaraq gümüş medal qazanıb.
Samboçularımız yarışda millinin baş məşqçisi Mübariz İbrahimovun rəhbərliyi altında mübarizə aparırlar.
