4 may 2012 17:12

Dünyanın ən uzun rallisi Azərbaycanda

Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya doğru dünyanın ən böyük ralli yarışı başlayıb. Azerisport.az xəbər verir ki, aprelin 28-də start götürən “Allgeau-Orient” adlı ralliyə 20 ölkədən 111 komanda, 355 avtomobil və 666 iştirakçı şəxs qatılıb. Onlar 9000 km uzunluğunda yol qət edəcək. Turnirə Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatı sponsorluq edir. Yarışa qatılan klassik avtomobillər aprelin 30-da Türkiyə ərazisinə daxil olub. Qardaş ölkəni 10 günədək dolaşacaq maşın karvanı azərbaycanlıların kompakt yaşadığı Qars şəhərində də olacaq. Mayın 10-da Türkiyəni tərk edəcək avtomobillər Gürcüstan ərazisini keçərək Azərbaycana gələcək.
 
Turnirin Türkiyə üzrə məsul nümayəndəsi Nadir Sərin “Doğan” agentliyinə bildirib ki, komandaların hər biri müəyyən xüsusi tapşırıqlar da yerinə yetirəcək. Türkiyədəki tapşırıq Azərbaycan mahnısı “Olmaz-olmaz”ı əzbərləmək və iştirakçıların özləri ilə gətirdikləri musiqi alətləri ilə ifa etməkdən ibarətdir.
 
Azərbaycan Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov açıqlamasında “Allgeau-Orient” rallisinin Bakıda yekunlaşacağı barədə xəbərlərdən məlumatlı olduğunu deyib: “Bu ralli artıq 7-ci dəfə təşkil olunsa da, iştirakçılar Azərbaycan ərazisinə ilk dəfə daxil olacaqlar. Amma dəqiq tarixini deyə bilmərəm”. (Lent.az) 

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.