13 aprel 2012 15:43

Azərbaycanda keçiriləcək veloturun iştirakçıları açıqlandı

9-13 may 2012 il tarixlərində Heydər Əliyevin xatirəsinə həsr olunmuş 23 yaşınadək velosipedçilər üçün velotur keçiriləcək. Azerisport.az xəbər verir ki, beş mərhələlik velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışı olacaq.
 
Yarışda iştirak etmək üçün təşkilatçılar hər biri 6 idmançıdan ibarət olan 20 komanda dəvət ediblər. Pelotonda 4 kontinental, 4 milli və 12 klub/qarışıq komanda mübarizə aparacaq.
 
Qarışıq peloton
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotura böyük maraq göstərilmiş və yarışda iştirakla bağlı təşkilatçılara çoxlu sayda ərizə daxil olmuşdur. Nəticədə təşkilatçılar tərəfindən yarışlarda iştirak etmək üçün 20 komanda seçilmişdir. Təşkilatçılar adından Albrecht Röder seçimlə bağlı aşağıdakıları söyləmişdir: “Biz kontinental, milli və klub/qarışıq komandaları dəvət edərək yarış iştirakçılarına öz qabiliyyətlərini göstərmək üçün şərait yaratmaq istədik. Təsir bağışlayan yarışlar və qələbə uğrunda inadlı mübarizə gözləyirik”.
 
Yarış haqqında
Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ, fransızca UCI) təqvim planına daxil edilmiş və 2.2 U-23 (19-23 yaş həddi) kateqoriyasına aid BVİ Kontinental Turudur. Yarış Azərbaycan Velosiped idmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Almaniyanın “FreundeEventlogistik” şirkəti ilə birlikdə təşkil olunur.
 
Kontinental komandalar
1. Specialized Concept Store (Almaniya)                                                                                                  
2. Team Vorarlberg (Avstriya)
3. Jayco AIS (Avstraliya)
4. Velo Club Sovac (Əlcəzair)
 
Milli komandalar
5. Qazaxıstan
6. Moldova
7. Belarus
8. Iran
 
Klub komandaları/qarışıq komandalar
9. ISD Sport Club Ukraine (Ukrayna)
10. Sumqayıt (Azərbaycan)
11. ATA İdman Klubu (Azərbaycan)
12. Itera Katyusha U23 (Rusiya)
13. Samara (Rusiya)
14. Moskva (Rusiya)
15. RRS Riga (Latviya)
16. Gediminas Gruodis (Litva)
17. Rucanor-Line Cycling Team (Niderland)
18. Team Hoppla (Italiya)
19. Centre Mondial de Cyclisme (İsveçrə)
20. Ovyta-Eijssen-Acrog Cycling Team (Belçika)

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.