17 mart 2012 00:46
Azərbaycan yığmasının baş məşqçisi vəfat edib
Reqbi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Quram Modebadze vəfat edib. Azerisport.az xəbər verir ki, bu haqda lent.az-a Azərbaycan Reqbi Federasiyasının icraçı direktoru Zülfüqar Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis 63 yaşında şəkərli diabet xəstəliyindən dünyasını dəyişib. Modebadze Tiflisdə dəfn olunub.
Qeyd edək ki, Quram Modebadze qısa fasilələrlə 2003-cü ildən Azərbaycan yığmasının sükanı arxasında çalışıb.
