18 may 2011 15:00

Azərbaycanda ilk dəfə təşkil olunan çempionatda gürcülər sevindi

May ayının 15-də Azərbaycanın idman tarixində ilk dəfə olaraq süni relyefdə qayayadırmanma üzrə respublika çempionatına start verilib. Azerisport.az xəbər verir ki, bu çempionat Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
 
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “A+A”, “Ekosport”, “Climb-club”, “AMEAST”, “AzDBTİA”, “Salavat”, “Zirvə” klubları ilə yanaşı, respublikanın digər  qurumlarının idmançıları və Gürcüstandan gəlmiş qayayadırmananlar iştirak edib.

Ümumilikdə, 70-ə yaxın idmançının qatıldığı açıq ölkə çempionatına Bakıdakı “Green Rock” süni qayayadırmanma klubunda start verilib. Yarış başlanğıcdan kifayət qədər həyəcanlı dəqiqələrlə müşayiət olunub. Birincilik uğrunda mübarizə kişilər və qadınlar arasında bir neçə mərhələdə davam edib. Əvvəlcə təsnifat mərhələsi, daha sonra 1/8, 1/4, 1/2 və final mərhələlərində mübarizə aparılıb.

Özünəməxsusluğu ilə fərqlənən və azarkeşlərə həyəcanlı dəqiqələr yaşadan maraqlı idman mübarizəsi təsnifat mərhələsindən sonra  20 idmançının növbəti mərhələdə birinci yer uğrunda yarışması ilə davam edib. Qaliblərin müəyyənləşməsi mərhələsində gərgin anlar yaşayan Azərbaycan idmançıları qüvvələrini səfərbər etsələr də, kişilər arasında ilk 3 yer gürcüstanlı qayayadırmananlara (1-ci yer -Dabrundaşvili Quram, 2-ci yer –  Mikaladze Erekle, 3-cü yer – Xutşişvili Quram) nəsib olub.

Qadınlar arasında keçirilən yarışlarda da birinci 2 yeri qonaqlar, 3-cü yeri isə Azərbaycan idmançısı (1-ci yer – Xutşişvili Nutsa, 2-ci yer – Meladze Tamara,  3-cü yer – Maşkova Yanina) qazanıb.

Похожие новости

Digər növlər 12 mart

Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də

Azərbaycanın qədim idman növlərindən biri olan çövkən oyunları indi Misli ilə daha maraqlı və əyləncəli keçəcək.
Digər növlər 08 dekabr

Dünya çempionatında 2 medal

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb
Digər növlər 21 noyabr

Alim Nəbiyev dünya çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib.
Digər növlər 29 oktyabr

Alim Nəbiyev Avropa çempionunu məğlub etdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib
Digər növlər 16 oktyabr

Qəbələ döyüşçülərindən 3 qələbə

Bakıda “MMA FIGHTING SERİES” seriya yarışları çərçivəsində növbəti döyüşlər baş tutub.
Digər növlər 14 oktyabr

Bakıda növbəti MMA yarışı

“MMA Fighting Series” seriya yarışları davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış oktyabrın 15-də Qafqaz Baku Sport Oteldə (Azərbaycan Boks Federasiyası) baş tutacaq
Digər növlər 10 oktyabr

Qəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun üzvü Alim Nəbiyev MMA döyüşü üzrə Avropa çempionu olub.
Digər növlər 04 oktyabr

Qəbələ idmançısından 7-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb
Digər növlər 24 sentyabr

Atakişiyev Krasnodardan qalib dönür

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib.