26 aprel 2016 18:20

Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir. Azerisport.az xəbər verir ki, Park Bulvar alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda - 28 Mall və Port Baku Mall ticarət mərkəzləri, F1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yeni bilet satışı məntəqələrini istifadəyə verib. Hər gün fəaliyyət göstərəcək bu məntəqələr Park Bulvar, 28 Mall və Port Baku Mall alış-veriş mərkəzlərində 10:00-22:00, F1 Əyləncə Zonasında 12:00-22:00 və Bakı Su İdmanı Sarayında 12:00-20:00 saatları ərzində açıq olacaq.

Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. Sadəcə cümə günü üçün bileti olanlar ancaq Kris Braunun konsertində iştirak edə biləcək. Kris Braunla yanaşı digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.