8 noyabr 2016 18:30

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb. Azerisport.az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirdilər.

IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum ilk olaraq Azərbaycan Hökumətinin IV İslam Həmrəyliyi oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işlərin yüksək səviyyədə aparıldığını bildirib.

“Bu gün Koordinasiya Komissiyasının 4-cü iclasında biz 2017-ci ildə bütün İslam dünyasının özünə cəlb edəcək IV  İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesinin yüksək templə getdiyinin şahidi olduq. Növbəti, oyunlara 6 ay qaldığı müddət ərzində  əminəm ki, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcəyik".

IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz çıxışında hazırlıq prosesi haqqında danışıb. Azad Rəhimov: “12 May 2017-ci ildə Bakıda baş tutacaq IV İslam Həmrəyliyi oyunlarına altı aydan çox vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prossesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq".

Nazir çıxışında qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir  mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq. Azad Rəhimov eyni zamanda bildirib  ki,  oyunlar  ölkəmizin ən gözəl xüsusiyyətlərini üzə çıxarmaqla bərabər, həmçinin bizi birlik, sülh, hörmət və mükəmməllik ruhunda birləşdirən vasitə olacaq.

İki günlük iclasda yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması, idman yarışları, marketing, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimlərinin müzakirəsi olacaq.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.
Olimpizm 13 may

İslam Həmrəyliyi oyunlarının açılışına geriyə sayım başladı

Ötən gün Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunarının başlamasına həsr olunmuş idman tədbiri keçirilib.