6 sentyabr 2016 15:40

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib. Azerisport.az xəbər verir ki, məşhur güləşçimiz Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov ilk olaraq Mirkamil Rəhimovun xatirəsinin bütün idman ictimaiyyəti üçün əziz olduğunu dedi, “Onun vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirmək üçün müzakirələr apardıq. Bu barədə cənab prezidentlə də məsləhətləşdik. Sonda Fərid Mansurovun rəhbər təyin olunmasına qərar verdik”, - deyə bildirib.

Hazırda Azərbaycanda idmanın inkişafına mane olan bəzi problemlərin olduğunu bildirən Gənclər və İdman naziri, xüsusilə, dopinq məsələsinə bundan sonra daha ciddi yanaşılacağını söyləyib: “Son Olimpiada ərəfəsində dopinq problem ilə üzləşdik. Bu məsələyə daha çox diqqət ayırmalıyıq. Eləcə də, idman məktəblərinin fəaliyyəti bir daha yoxlanılmalıdır. Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq müəyyən işlər görülüb. Bu işləri də davam etdirmək lazımdır. İnanıram ki, bu problemlərin öhdəsindən birlikdə gələcəyik”.

Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Fərid Mansurovun məsuliyyətli vəzifənin öhdəsindən gələcəyinə inandığını bildirib: “Fərid Milli Olimpiya Komitəsinin üzvüdür. Onunla bir çox məsələlərdə birgə çalışmışıq. Bizə bir çox işlərimizdə kömək edib. Əminəm ki, bu işin də öhdəsindən məharətlə gələcək”.

Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, “Fərid Mansurovu tələbə dövründən tanıyıram. Həm Olimpiya çempionu, həm də yaradıcı insan olmaq asan iş deyil. Fəridin bacarığı və savadı ilə tapşırılan vəzifəni layiqincə icra edəcəyinə inanıram”, - deyə qeyd edib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.
Olimpizm 13 may

İslam Həmrəyliyi oyunlarının açılışına geriyə sayım başladı

Ötən gün Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunarının başlamasına həsr olunmuş idman tədbiri keçirilib.