18 noyabr 2015 17:40

MOK-da Sadıq Sadıqovun 50 illik yubileyi qeyd olunub

Milli Olimpiya Komitəsində İcraiyyə Komitəsinin üzvü, "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri – tanınmış idmançılar və mütəxəssislər iştirak ediblər.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Sadıq Sadıqovun ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafındakı xidmətlərindən danışdı və bu fəaliyyətinə görə ona təşəkkürünü bildirib. MOK rəsmisi qeyd edib ki, hələ sovet dövründən bu klub idmanın inkişafına böyük dəstək verib, Olimpiya, dünya, Avropa çempionları yetişdirib. Çingiz Hüseynzadə Sadıq Sadıqovun Cüdo Federasiyasının vitse-prezidenti kimi də uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

MOK-un vitse-prezidenti idman sahəsindəki xidmətlərinə görə yubilyarı xüsusi hədiyyə ilə təltif edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də çıxışında Sadıq Sadıqova ən xoş arzularını çatdırıb və onun fəaliyyətini yüksək qiymətləndirib. O, yubilyarın Azərbaycan idman ictimaiyyəti arasında bacarığı və işgüzarlığı ilə seçildiyini söyləyib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Olimpiya kateqoriyalı hakim Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Namiq Abdullayev, MOK-un baş katibi Ağacan Abiyev, əməkdar məşqçi Ağayar Axundzadə və "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev Sadıq Sadıqovun fəaliyyəti dövründə əldə etdiyi uğurlardan söhbət açaraq onu peşəkar, hər kəslə dil tapmağı bacaran idarəçi kimi dəyərləndiriblər. Natiqlər yubilyarın hələ "Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olduğu dönəmdə 3 dəfə Azərbaycan çempionluğu, 2 dəfə ölkə kuboku və Avropa Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını söyləyiblər. Onlar öz xatirələrini bölüşdülər, yubilyarı təbrik edərək, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar diləyiblər.

Tədbirin sonunda Sadıq Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olunub.

Səmimi təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirən yubilyar Azərbaycanda idmanın inkişafı, Olimpiya Hərəkatının genişlənməsi yolunda bundan sonra da səylə çalışacağını bildirib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.