18 noyabr 2015 12:15

Azad Rəhimovun Çexiyaya rəsmi səfəri başladı

Noyabrın 19-dan etibarən Çexiyanın Praqa şəhərində Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclasları öz işinə başlayır. Azerisport.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimovun da qatıldığı bu Assambleyada ölkəmizdə uğurla keçirilmiş 1-ci Avropa Oyunlarının yekunları ilə bağlı hesabat veriləcək.

Assamableyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) prezidenti Şeyx Əhməd əl-Fahad əl-Sabah iştirak edəcəklər.

Nazir Azad Rəhimov öz çıxışında ölkənin birinci xanımı, Avropa oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi altında oyunların çox yüksək səviyyədə keçirilməsindən danışacaq. Eyni zamanda Azad Rəhimov 150 mindən artıq gənc arasında oyunların ölkəyə nə verəcəyi mövzusunda sorğu keçirildiyini və nəticədə respondentlərin 80%-nin oyunların Azərbaycanın tanıtımında müsbət rol oynaması ilə bağlı fikirlərini, Əməliyyat komitəsində 2500-dən artıq insanın, 12 mindən artıq könüllünün çalışmasından, 1200-dən artıq media nümayəndəsinin oyunları işıqlandırmasından və Bakı 2015 Avropa oyunları ilə bağlı digər mühüm əhəmiyyət kəsb edən mövzulardan söz açacaq.

Assambleyanın iclasları zamanı Rio de Janeiro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat xarakterli çıxışları olacaq.

2-ci Avropa Oyunlarının keçirilməsi ilə bağlı müzakirələr, yeniyetmələr arasında 2018-ci il Buenos Ayres yay və 2016-cı il Lillehammer  qış Olimpiya Oyunlarına hazırlıq işləri i ilə bağlı  geniş  təqdimatlar gündəlikdə duran məsələlər sırasındadır.

Tədbir zamanı Rio 2016 yay Olimpiya Oyunları Təşkilat Komitəsinin nümayəndələri ilə Azərbaycan nümayəndə heyətinin oyunlarda  iştirakıyla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Assambleya 21 noyabra qədər davam edəcək.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.