4 avqust 2015 13:15

Neftçinin idmançıları ilin ilk yarısında 1040 medal qazanıblar

"Neftçi İdman Klubu”nun idmançıları ilin ilk yarısına uğurla yekun vurublar. Azerisport.az xəbər verir ki, bu klubun atletləri 2015-ci ilin altı ayı ərzində müxtəlif səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə ediblər.

Belə ki, klubun yetirmələri istər ölkədaxili, istərsə də beynəlxalq səviyyəli yarışlarda böyük əzm və peşəkarlıq nümayiş etdirərək, 416-sı qızıl, 272-si gümüş və 352-si bürünc olmaqla, ümumilikdə 1040 medal qazanıblar. İdmançılarımız Birinci Avropa Oyunlarında 16 (6 qızıl, 5 gümüş, 5 bürünc), dünya yarışlarında 45 (24 qızıl, 11 gümüş, 10 bürünc), Avropa yarışlarında 59 (21 qızıl, 7 gümüş, 31 bürünc), beynəlxalq turnirlərdə isə 146 medala (56 qızıl, 43 gümüş, 47 bürünc) sahib olublar. Respublika yarışlarında 330 medala (150 qızıl, 74 gümüş, 106 bürünc) yiyələnən klub təmsilçiləri, paytaxt yarışlarında 261 (107 qızıl, 78 gümüş, 76 bürünc), digər yarışlarda isə 183 (52 qızıl, 54 gümüş, 77 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.

Beləliklə, "Neftçi İdman Klubu” yaşamaqda olduğumuz ilin ilk yarısında qazandığı medalların sayına görə ölkəmizdə fəaliyyət göstərən idman təşkilatları arasında liderliyini davam etdirməkdədir.

"Neftçi İdman Klubu”nun idmançılarının 2015-ci ilin ilk yarısında qazandıqları medalların sayı haqqında məlumat

YARIŞIN ADI

 

 

I YER

 

QIZIL  MEDAL

 

 

 

II YER

 

GÜMÜŞ MEDAL

 

 

III YER

 

BÜRÜNC MEDAL

 

CƏMİ

1

AVROPA OYUNLARI

6

5

5

16

2

DÜNYA

24

11

10

45

3

AVROPA

21

7

31

59

4

BEYNƏLXALQ TURNİRLƏR

56

43

47

146

5

RESPUBLİKA

150

74

106

330

6

BAKI

107

78

76

261

7

DİGƏR YARIŞLAR

52

54

77

183

CƏMİ:

416

272

352

1040

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.