8 aprel 2015 11:00

İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb

Aprelin 7-də IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın bu yarışlardakı uğurları barədə məlumat verib.

Bildirib ki, İHİF-in nümayəndələri ölkəmizdə yaradılan idman infrastrukturu ilə yaxından tanış olublar. “Bakı-2015” ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan idmançıları “Bakı-2017”ni ciddi sınaq kimi qəbul edir və həmin Oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaqlar.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Qeyd edib ki, Azərbaycan hökumətinin İslam Həmrəyliyi Oyunlarını təşkil etməyə maraq göstərməsi çox sevindiricidir. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ilin ən böyük idman hadisəsi olacaq. “Biz güclü əməkdaşlıq və işbirliyi sayəsində Oyunları uğurla təşkil edəcəyik və azarkeşlər bu yarışlardan böyük zövq alacaqlar”.

İslam Həmrəyliyi Oyunlarının təşkilinin İslam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfələrini verəcəyini bildirən İHİF-in prezidenti yarışın yüksək səviyyədə keçirilməsi üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirib ki, Azərbaycan İslam dünyasının hər zaman diqqət mərkəzində olan bir məkandır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin.

Tədbirdə qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda – Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların isə “Bakı-2015” üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulub.

Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud müqaviləni imzalayıblar.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində Federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib. Əlli yeddi ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.