25 dekabr 2014 00:05

Azərbaycanın 2014-cü il üçün ən yaxşı idmançıları açıqlandı

Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. Azerisport.az xəbər verir ki, ötən gün “Buta Palas”da keçirilən mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yola saldığımız ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycan idmançıları il ərzində müxtəlif beynəlxalq turnirlərdə ümumilikdə 805, o cümlədən 275 qızıl, 255 gümüş, 275 bürünc medal qazanıblar. Azad Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Gələn il Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini diqqətə çatdıran nazir bu istiqamətdə görülən işlərdən danışıb, respublikamızın mötəbərə yarışa yüksək səviyyədə ev sahibliyi etmək üçün ciddi hazırlaşdığını vurğulayıb.

İdman jurnalistləri arasında keçirilən sorğu nəticəsində “2014-cü ilin idman xadimi” seçilən Azad Rəhimova mərasimdə mükafat təqdim edilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə əvvəlki illər kimi, 2014-cü ilin də Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını qeyd edib. Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını vurğulayan Ç.Hüseynzadə cari ildə ölkəmizdə mötəbər yarışların və beynəlxalq idman qurumlarının toplantılarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev isə çıxışında dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Sonra mükafatlandırma olub.

Voleybol üzrə Azərbaycan millisi ilin ən yaxşı yığma, “Qarabağ” futbol klubu isə ilin ən yaxşı futbol komandaları elan olunub. Daha sonra sərbəst güləşçilər Hacı Əliyev və Xetaq Qazyumov, qadın güləşçi Mariya Stadnik, boksçu Yelena Vıstropova, kikboksçu Eduard Məmmədov, gimnast Mariya Durunda, taekvondoçu Radik İsayev, karateçi Fərid Mayılov, yunan-Roma güləşçisi Rəsul Cunayev, cüdoçu Elmar Qasımov mükafatlandırılıblar.

Mərasimdə ilin ən yaxşı məşqçilərinə də mükafatlar verilib. Tədbir konsert proqramı ilə davam edib. 

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.