30 avqust 2014 00:30

Prezident İlham Əliyev II Olimpiya Oyunlarında azərbaycanlı qızıl mükafatçıları yüksək qiymətləndirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nanjinq 2014 Olimpiya Oyunlarının medalçıları arasında ölkə göstəricisinə görə onuncu yeri tutan Azərbaycan komandasının nailiyyətlərini yüksək qiymətləndirib. Doqquz idman növü üzrə çıxış edən 21 aparıcı gənc idmançıdan ibarət komandamız beş qızıl, altı gümüş və bir bürünc medal qazanıb.

Prezident qeyd etmişdir ki, Azərbaycanın tarixində ən böyük idman hadisəsi olan 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunlarına ev sahibliyi bütün idman cəmiyyətini idmanı və qlobal Olimpiya hərəkatını ölkə gənclərinin həyatının ayrılmaz hissəsi kimi aydın məqsədli vahid bir strategiya ətrafında birləşdirib. Azərbaycan gənclərinin böyük coşqusu idmana və getdikcə daha yüksək səviyyələrdə iştiraka yönəlib.

O, həmçinin qeyd etmişdir ki, bu oyunlar əhəmiyyətli və cəmiyyətə uzun müddət qulluq edəcək dünya səviyyəli idman məkanlarına birbaşa investisiya yatırmaqda köməklik edir və gənc komandamızın müvəffəqiyyəti 2015 İlk Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idmanın inkişafına dəstək təsisatlarının fəaliyyətinin birbaşa nəticəsidir.

Azərbaycan idmançılarının Nanjinqdə qazandığı böyük uğurdan söhbət açan Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru c-b Azad Rəhimov deyir: “Azərbaycanın gələn il İlk Avropa Oyunlarının tam potensialından istifadə etməsinə, yəni ki, yalnız iki həftəlik idman tədbirinə ev sahibliyi etmək deyil, əslində ölkəmizdə idmanın uzunmüddətli inkişafına təkan verməsinə nail olmaqda israrlıyıq.”

Yeniyetmələrin II Olimpiya Oyunlarında qazanılan üç medal yarışmanın ən gərgin olan son günü qazanıldı: 63 kq çəki dərəcəsində güləşçi Teymur Məmmədov, 100 kq çəki dərəcəsində güləşçi İqbal Hacızadə və 46-49 kq çəki dərəcəsində boksçumuz Rufət Hüseynov qızıl medala sahib çıxdılar.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Gələn ilin yayında ölkəmizdə Avropa Oyunlarının keçirilməsi artıq Azərbaycanın gənc idmançılarını yüksək nəticələr göstərməyə ilhamlandırıb.”

“Bakı 2015 Avropa Oyunları çərçivəsində vətəndə, öz azərkeşlərinin qarşısında çıxış etmək gənc komandamız üçün güclü bir stimuldur. Mükəmməlliyə doğru və daha üstün göstəricilər üçün atılan addımlar Oyunlara aparan yolda, şübhəsiz, daha çox medalların qazanılması ilə nəticələnəcək.

Gənc idmançılarımızın vətənə gətirdiyi medallar onların beynəlxalq səviyyədə üzə çıxan yeni istedadlarının bariz təsdiqidir. Onların müvəffəqiyyəti ilə qürurlanır və yaxın gələcəkdə, istər Bakı 2015 Avropa Oyunlarında, istərsə də Rio 2016 Yay Olimpiya Oyunlarında onlardan daha böyük nailiyyətlər gözləyirik.”

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.