24 sentyabr 2013 14:39

Silviya Angelova İslam Oyunlarının gümüş mükafatçısı oldu (FOTO)

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunlarında ağır atletlər də mübarizəyə qoşulublar. Azerisport.az xəbər verir ki, bu gün qadın idmançılarımızdan Silviya Angelova və Gülçin Əlizadə körpücük üzərinə çıxaraq qüvvələrini sınayıblar.
 
48 kq çəki dərəcəsində mübarizə aparan Silviya Angelova birdən qaldırma hərəkətində 73 kq, təkanla qaldırmada isə 90 kq-ı başı üzərinə qaldıra bilib. Toplamda 163 kq (73 kq+ 90 kq) nəticə göstərən atletimiz Oyunların gümüş medalına sahib çıxıb.
 
53 kq çəki dərəcəsində mübarizə aparan Gülçin Əlizadə isə birdən qaldırmada 63 kq, təkanla qaldırmada isə 83 kq-ı ram edib. Toplamda 146 kq (63 kq + 83 kq) nəticə göstərən gənc ağır atletimiz, ümumi sıralamada 4-cü yeri tutub.
 
Qeyd edək ki, Angelovanın bu uğurundan sonra Azərbaycan yığması İslamiadadakı medallarının sayını 4-ə çatdırıb. Ondan öncə karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamov isə gümüş medal qazanmışdı.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.