24 sentyabr 2013 14:17

“Bu tək mənim yox, bütün Azərbaycanın qələbəsidi”

İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan karateçisi qızıl medal qazandı. Azerisport.az xəbər verir ki, əslində Rəfayel Ağayevin qələbəsinə təkcə onun pərəstişkarları deyil, elə rəqibləri də şübhə etmirdilər.
 
Rafayel Ağayev ilk döyüşdə Əlcəzair idmançısına 7:2 hesabı ilə qalib gəldi. İkinci döyüşdə Türkiyəli rəqibinə 7:0, üçüncü qarşılaşmada isə Misir karateçisinə - 6:3 hesabı ilə qalib gəldi. Finalda İran idmançısı məğlubiyyətlə razılaşdı - 5:2.
 
Beşqat dünya çempionu, 28 yaşlı Rəfayel mükafatlandırma mərasimindən sonra bunları dedi:
 
“Bu yarışda hər kəs məni favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdim. Düzdür Misir idmançısı ilə döyüş bir az çətin oldu. Həmin idmançı gəncdir və onunla ilk dəfə idi döyüşürdüm. 3:0 öndə olsam da, bir anlıq arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı,  əgər hesab bərabər qurtarsaydı yəqin ki, qələbəni ona verəcəkdilər. Son anda riskə gedib 3 xallıq fənd işlədərək onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu sübut etdim.
 
Bu tək mənim qələbəm deyil, bütün Azərbaycanın qələbəsidir.  Mənə dəstək olan hər kəsə - atama, anama, qardaşlarıma, Sumqayıtda  7 yaşımdan ilk məşqçim olmuş Rafayel Məmmədova, eləcə də yetişməyimdə böyük rolu olmuş Füzuli müəllimə, Yaşar müəllimə, Ülvi müəllimə, baş məşqçimiz Rəhman Hətəmova minnətdaram. Xüsusən, Rəhman müəllimin bizim nailiyyətlərimiz üçün çox zəhməti olub.
 
Səkkiz il bundan öncə, Birinci İslam Oyunlarının ən gənc iştirakçısı idim və 3-cü yeri tutmuşdum. İndi isə oyunların ən yaşlı karateçisi oldum və Allaha şükürlər olsun ki, Vətənə qızıl medala qayıdacağam.
 
Nə qədər ki, gücüm var, çalışacağam Azərbaycanımın bayrağını daim bax belə yüksələrə qaldırım. Hazırda ən böyük arzum 2015-ci ildə Bakıda keçiriləcək Birinc Avropa Oyunlarınn qaibi olum. Öz vətənimdə xalqımı sevindirmək istəyirəm.
 
Bizim çox güclü komandamız var və təkcə islam dövlətləri deyil, bütün dünyada istənilən ölkəyə qalib gələ biləcək heyətimiz var”. (AGİN)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.