31 iyul 2013 13:46

40 azərbaycanlı Beynəlxalq Olimpiya Akademiyasında təhsil alacaq!

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə edilib. Azerisport.az xəbər verir ki, həmin razılığa əsasən, avqustun 2-dən 13-dək Yunanıstanın Olimpiya şəhərində, Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan gənc məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil ediləcək.
 
Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Respublika Olimpiya İdman Liseyinin, Uşaq-Gənclər İdman Məktəblərinin məşqçi-müəllimləri, tələbə-gənclər təşkilatlarının fəal üzvləri arasında seçim aparılıb, ingilis və rus dillərini bilən namizədlərin siyahısı Beynəlxalq Olimpiya Akademiyasına təqdim olunub. Razılığa əsasən, tədbir zamanı mühazirələr və müzakirələr ingilis və rus dillərində aparılacaq.
 
Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Olimpiya Yay Məktəbində iştirak etmək üçün 40 nəfərə dəvət göndərilib.
 
İştirakçılar sabah Bakıdan Afinaya yola düşəcəklər. Səfər müddətində Beynəlxalq Olimpiya Akademiyasının prezidenti cənab İsidoros Kouvelos, direktoru Dionissis Qanqas, beynəlxalq şöbənin rəhbəri Antonia Borbatislou və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub.
 
Bundan başqa müxtəlif ölkələrin tanınmış universitetlərindən mühazirəçi kimi dəvət olunmuş professor-müəllim heyəti ilə də görüşlər olacaq. (AGİN)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.