28 may 2013 14:37

Sankt Peterburqda Bakı 2015-lə bağlı stend (FOTO)

Rusiyanın Sankt Peterburq şəhərində "Sport Accord" təşkilatının sayca 11-ci illik konvensiyası keçirilir. Azerisport.az xəbər verir ki, mayın 26-dən 31-dək keçirilən "Sport Accord" konvensiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir.
 
Nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir. "Sport Accord" beynəlxalq olimpiya və qeyri-olimpiya idman federasiyalarını, eyni zamanda, beynəlxalq idman yarışları təşkilatçılarını özündə birləşdirən böyük bir qurumdur.
 
Azərbaycan nümayəndə heyətinin belə mötəbər bir tədbirdə iştirak etməsinin əsas məqsədi "Bakı 2015" Avropa Oyunlarının dəyərlərinin təbliğ edilməsi, Oyunların təşkili üçün layiqli tərəfdaşların tapılması və Oyunların təbliğindən istifadə etməklə Azərbaycanın beynəlxalq idman və qeyri-idman yarışlarına ev sahibliyi etmək bacarığının geniş və qlobal təbliğ edilməsidir. Bu məqsədlə tədbirin təşkil edildiyi yerdə "Bakı 2015" adlı stend qurulub, iştirakçılara Azərbaycanın idman və qeyri-idman obyektləri ilə bağlı videotəqdimat edilib və I Avropa Oyunları ilə bağlı çap məhsulları tədbirə qatılan müxtəlif ölkələrin nümayəndə heyətlərinə paylanılıb.
 
Qeyd edək ki, "Sport Accord" konvensiyası çərçivəsində bu gün Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələri üçün "Bakı 2015" Avropa Oyunları ilə bağlı mətbuat konfransı da təşkil edib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.