19 may 2013 00:47

“Bakı 2015” idman tarixində bir zəfər olacaq”

16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya komitələrinin nümayəndə heyətləri iştirak ediblər.
 
Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva təmsil edib.
 
K.Nurullayeva seminarda "Bakı 2015" layihəsi haqqında geniş məlumat verib və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb: "Avropa Oyunlarına iki il vaxt qaldığından biz hazırda bütün gücümüzlə idman və qeyri-idman obyektlərini tam hazır etməyə çalışırıq. "Bakı 2015" idman tarixində bir zəfər olacaq və biz bir neçə idman növü üzrə belə bir mötəbər yarışın şəhərimizdə keçiriləcəyindən dolayı çox məmnunuq".
 
Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos tədbirdə ətraflı məruzə ilə çıxış edib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.