4 may 2013 13:55

Mehriban Əliyeva Olimpiya kəndində

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də “Olimpiya kəndi”ndə aparılan hazırlıq işləri ilə tanış olub. Azerisport.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq “Olimpiya kəndi” 382 min 397 kvadratmetr sahəni əhatə edir.
 
Olimpiya kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə – Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil vardır. Burada, həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə 42 min kvadratmetr sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülüb.
 
Ərazidəki 1100 şagird yerlik yeni məktəb binası isə Bakı Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti üçün ayrılıb. Mehriban Əliyevaya məlumat verilib ki, Koordinasiya Komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılıb. Binada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinələr vardır. Kompleksdə voleybol, basketbol meydançaları yaradılıb, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur. Həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyəti də nəzərə alınıb. Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaq.
 
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış olub.
 
Görülən işlərdən razılığını bildirən birinci xanım öz tövsiyələrini verib.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.