30 aprel 2013 16:17

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunları 12 iyun-28 iyun tarixlərində baş tutacaq. Azerisport.az, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Koordinasiya Komitəsinin birinci iclasının yekunu üzrə mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, ümumilikdə yarışlar 19 idman növü üzrə keçiriləcək və yarışlarda 6351 idmançı iştirak edəcək. Rəhimov qeyd edib ki, dünən Bakıdakı idman qurğuları nümayiş olunub, komissiyanın nümayəndələri müxtəlif idman obyektlərində, Olimpiya kəndində olublar, artıq orada bir mənzil hazırdır və nümayəndələr bu mənzili çox bəyəniblər.
 
Nazirin sözlərinə görə, komissiyanın görüşündə, əsasən, loqo və veb-saytın hazırlanması ilə bağlı təkliflər irəli sürülüb, eyni zamanda, açılış və bağlanış mərasimləri, medalların təqdimatı ilə bağlı təkliflər verilib.
 
Onun sözlərinə görə, hazırda müzakirələr davam etdirilir. "Biz bu oyunları yüksək səviyyədə keçirə bilərik, biz buna inanırıq və çalışacağıq ki, Avropada ən yüksək idman tədbirinə ev sahibliyi edək", - Rəhimov deyib.
 
Rəhimov həmçinin qeyd edib ki, Bakı əməliyyat komitəsi yaradılıb və hazırda Olimpiya kəndində fəaliyyətə başlayıb. Xaricdən də mütəxəssislər cəlb olunub ki, bu da gələcəkdə daha böyük yarışların keçirilməsi üçün təcrübə qazanmağa imkan verəcək.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.