27 aprel 2013 12:21

Bakı Olimpiya Stadionunun tikiləcəyi ərazinin təmizlənməsi yekunlaşıb (FOTO)

Hazırda Bakı şəhərinin infrastrukturunda önəmli layihələrdən olan Bakı Olimpiya Stadionunun tikintisi istiqamətində böyük işlər görülür. Azerisport.az xəbər verir ki, öÖtən ildən başlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC də bu mühüm layihənin ilkin mərhələsində yaxından iştirak edərək, layihə ərazisindən fekal sularının kənarlaşdırılması işlərini uğurla icra edib.
 
Layihəni icra edən QSC-nin Tullantıların Emalı Departamenti (TED) icra müddətində əraziyə lazımi texnika, avadanlıq və işçi qüvvəsi cəlb edib, müqavilə üzrə nəzərdə tutulmuş işlər təqvim planına uyğun və keyfiyyətlə yerinə yetirilib. 2012-ci ilin may ayından başlayaraq TED tərəfindən layihə ərazisindəki süni gölməçələrdən 1 milyon 190 min m3-dən çox fekal suları kənarlaşdırılıb.
 
2013-cü ilin aprel ayında "Ekol Mühəndislik Xidmətləri" QSC "Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması" layihəsinin icrasını uğurla başa çatdırıb.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.