15 aprel 2013 12:42

ABŞ-ın aparıcı idman jurnalisti Azərbaycan mediasına çağırış etdi

“Azərbaycan idman jurnalistləri 2015 Avropa Oyunları ilə bağlı təqdimatlarına artıq indidən başlamalıdırlar”. Azerisport.az xəbər verir ki, bunu tanınmış amerikalı idman jurnalisti, ABŞ-ın ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti Ceyn MakManus Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının bazar günü Bakıda təşkil etdiyi görüşdə bildirib.
 
O qeyd edib ki, bu Olimpiadanın ilk dəfə keçiriləcəyini nəzərə alaraq Azərbaycan idman jurnalistləri həmin oyunlara qatılması gözlənilən məşhur idmançıları artıq indidən cəmiyyətə təqdim etməlidirlər, onlar barədə silsilə reportajlar hazırlamalıdırlar, yarışların keçiriləcəyi məkanları nümayiş etdirməlidirlər.
 
"Nyu-York şəhəri 2014-cü ildə Amerika futbol növü üzrə ən nüfuzlu Super Bol çempionatını təşkil edəcək. Həmin çempionatın hələ gələn il keçiriləcəyinə baxmayaraq artıq Nyu-York nəşrləri geniş şəkildə turnirdə iştirak edəcək idmançıların, arenaların təqdimatına başlayıblar. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən yararlana bilər. Bir müddət əvvəldən başlayan təqdimat cəmiyyətin həmin yarışa olan marağını artıracaq", - Ceyn MakManus deyib.
 
Eyni zamanda Kolumbiya Universitetinin jurnalistika üzrə professoru da olan MakManus görüşdə idman jurnalistikasının tədrisi ilə bağlı ABŞ təcrübəsi ilə bölüşüb. O qeyd edib ki, jurnalistikanın ali dəyərləri olan qərəzsizlik, dəqiqlik, operativlik idman jurnalistikası üçün xüsusi əhəmiyyət kəsb edir.
 
"İdman jurnalisti hansı sa bir komandanın "fanatı" ola bilməz. Əks halda bu onun yaydığı məlumatlarda qərəzliliyə səbəb olacaq", - MakManus deyib.
 
Ceyn Mak Manus 1998-ci ildən bəri Nyu-Yorkun idman hadisələrindən yazır. Onun yazıları Newsday, "USA Today", "The Journal News" və "The New York Times" qəzetlərində nəşr olunur. Mak Manus 2008-ci ildən bəri roller derbisində çıxış edir.
 
Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. (Trend)

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.