5 aprel 2013 15:47

Avropa Olimpiya Komissiyası üzvləri Bakı-2015-in keçiriləcəyi idman obyektlərində olublar

Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Olimpiya Oyunları Komissiyasının növbəti görüşü keçirilib. Azerisport.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhərində AOK-nin Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilib.
 
Hər il mütəmadi olaraq görüşən AOK Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin Milli Olimpiya komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər. Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağının əsas müzakirə mövzusu ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında komissiyanın işçi heyətinin apardığı tədqiqat, Avropanın Milli Olimpiya komitələrinin "London 2012"də qazanmış olduqları nailiyyətlər və qarşıda duran vəzifələr olub.
 
"London 2012" Yay Olimpiya Oyunlarının təşkilatçılığı, keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra, komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparıblar.
 
Günün ikinci yarısı isə "Bakı 2015" Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyasının üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə baş çəkiblər.
 
Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Azərbaycan Respublikası Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında AR Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təmsil olunur.

Похожие новости

Olimpizm 02 oktyabr

Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab

İsveçrənin Lozanna şəhərində 11-ci Beynəlxalq  Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
Olimpizm 01 dekabr

İlham Əliyev yenidən MOK prezidenti seçildi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Olimpizm 18 noyabr

BOK Rəhimovu Olimpiya medalından məhrum etdi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci ildə Pekində keçirilmiş Olimpiadada uğur qazanan bəzi idmançıların nəticəsini ləğv edib.
Olimpizm 08 noyabr

“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 08 noyabr

Koordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı

Bu gün Boulevard oteldə IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb
Olimpizm 25 oktyabr

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək

Azərbaycanda Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.
Olimpizm 24 oktyabr

İdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.
Olimpizm 06 sentyabr

Olimpiya çempionumuza AGİN-də vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Olimpizm 13 may

İslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin davamı olaraq bu gün Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏ) 39 İslam dövlətinin Milli Olimpiya Komitələrinin (MOK) üzvlərini qəbul edib.